Faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
17 may 2018-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 002.33 manat qiyməti ilə satışa çıxarılacaq.
BBN.az İKZF-yə istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 30 mart 2018-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 80,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Buraxılışın 20,000,000 manat təşkil edən birinci tranşı cari ilin 19 aprel tarixində yerləşdirilib.
Qeyd edək ki, baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.