Çinli biznesmenlərin 2014-cu ildə təsis etdiyi Faraday Future startapı ilk vaxtlarda sürətlə inkişaf etsə də, son dövrlərdə günü-gündən geriləyir. Belə ki, şirkətin direktorlarından olan Nick Sampson istefa edib və bu barədə mətbuata verdiyi açıqlamasında, istər maliyyə, istərsə də insan resursları cəhətdən şirkətin düşüşdə olduğunu və bu minvalla şirkətin gələcəyinin parlaq olmayacağını qeyd edib.
Eyni zamanda, sözügedən geriləməni şirkətin aylıq hesabatlarında da müşahidə etmək mümkündür.
Elektriklə işləyən avtomobillərin istehsalı ilə məşğul olan şirkət may ayından sonra qoşulan əməkdaşlarını məcburi məzuniyyətə göndərib, geridə qalan işçilərin isə maaşlarını azaldıb.
Los-Angeles mərkəzli startapın iflasa doğru getməyini, əsas rəqibi olan Teslanın bazarda daha böyük rəğbət qazanması ilə də əlaqələndirirlər.