ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI), kriptolu tətbiqlər vasitəsilə daxildən öyrənilən məlumatlarla alış-veriş (insider trading) edildiyi xəbərdarlığını edib.
FBI-a görə kripto tətbiqlərlə insider trading get-gedə böyüyən bir problemə çevrilib. FBI-ın diqqət çəkdiyi tətbiqlər əsasən “Telegram”, “Signal” və “WhatsApp” olub.
FBI-ın səlahiyyətli nümayəndəsi John Cassale, yeni texnologiyaların gəldiyini və bunun sui-istifadə, kirli pulların yuyulması və insider trading üçün bir yol olaraq istifadə ediləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Cassale şirkət daxili məlumatlar kriptolu bu tətbiqlərlə çölə ötürülən zaman “Instagram” mesajlarından belə istifadə edildiyini bildirib.