FED: 2018-ci ildəki 3 faiz artımının olacağı məntiqli görünür

San Francisco FED İdarə heyəti sədri John Williams, bu il 3 faiz artımının mümkün olduğunu ifadə edib. Belə ki, “Biz olduqca yaxşı vəziyyətdəyik: iqtisadiyyatdakı durumlar çox yaxşıdır, hər kəs faiz dərəcəsini tədricən artırmağımızı gözləyir”, –  deyib.

BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki,Williams 6 yanvar tarixində Reuters-ə şərh edərkən, “məlumat dəyişsə, ona reaksiya verə bilərik”,-deyib.

O qeyd edib ki, inflyasiyanın birdən-birə artması ilə bağlı narahatlıq yoxdur. Bu il 3 faiz  artımı  mənə məntiqli görünür .

“ABŞ iqtisadiyyatı iki onillikdə çox müsbət mövqedə olacaq: İnflyasiyanın 2 % olacağını və işsizliyin 4 % olmasını gözləyirəm”, – Williams əlavə edib.

Qeyd edək ki, bu il Williams Federal Açıq Bazar Komitəsi iclaslarında səs vermə haqqı qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır