FED-in ardından onlar da faizləri yüksəldiblər

FED-in faiz artırma qərarının ardından bəzi körfəz ölkələrinin mərkəzi bankları da faizləri təxminən eyni səviyyədə qaldırıb.

Bəhreyn Mərkəzi Bankından verilən açıqlamada bildirilib ki, göstərici kimi istifadə edilən bir həftəlik faiz dərəcəsi 1.50%-dən 1.75%-ə, gecəlik faiz dərəcəsi 1.25%-dən 1.50%-ə, bir aylıq əmanət faiz dərəcəsi isə 2.15%-dən 2.40%-ə qaldırılıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Mərkəzi Bankı faiz dərəcələrini 1.50%-dən 1.75%-ə yüksəldib.

Küveyt Mərkəzi Bankı isə faiz dərəcələrini dəyişməyib.

Çin Mərkəzi Bankı 28 günlük faiz əməliyyatlarında faizləri 2.75%-dən 2.80%-ə yüksəldib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır