Almaniyanın “Deutsche Bank”ı FED-in faiz dərəcəsi siyasəti haqqında proqnozlarını açıqlayıb.
Bankın proqnozlarına görə, FED bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər.
“İşsizliyin azalmasına baxmayaraq, baza inflyasiya artmır, amma iş saatının müddəti yüksəlir. Bu da resessiya riskinin artdığını göstərir. Kommersiya və sənaye sektorunda kreditləşmə göstəricisində artım iyul ayında 13%-dən 1,6%-ə geriləyib. Bu da resessiyanın yaxınlaşdığını göstərir”-deyə Bank məlumat verib.