Fed iş dünyasının nəbzini tutan hesabatı açıqlayıb

ABŞ Mərkəzi Bankı (Fed) ölkə iqtisadiyyatının bahar aylarında mülayim inkişafı davam etdirdiyini və iş qüvvəsi bazarında  çatışmazlıq yaşandığını bildirib.

Fed Amerikan iş dünyasının nəbzini tutan  “Bej Kitap”  hesabatının may 2017-ci il nömrəsini dərc edib.

Bankın 12 filialından gələn analizlərə əsasən hazırlanan hesabata görə, iqtisadi fəaliyyətlər ölkənin bir çox bölgəsində aprelin ortasından mayın sonuna qədər mülayim və ya məhdud səviyyədə artıb. Hesabatda, Fedin Boston və Çikaqo şöbələrinin vəzifə sahəsində inkişafının nisbətən yavaşladığı da göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır