Fed iş dünyasının nəbzini tutan hesabatı açıqlayıb

ABŞ Mərkəzi Bankı (Fed) ölkə iqtisadiyyatında şirkətlərin yeni vergi tənzimləməsi ilə əlaqədar müxtəlif gözləntilərinin olduğunu, ölkənin bir sıra bölgələrində qiymət təzyiqlərinin artdığını, bəzilərində isə zəiflədiyini qeyd edib.

BBN.az xəbər verir ki, Fed Amerikan iş dünyasının nəbzini tutan  “Bej Kitap”  hesabatının yanvar 2018-ci il nömrəsini dərc edib.

Bankın 12 filialından gələn analizlərə əsasən hazırlanan hesabata görə, ötən ilin son iki ayında ölkədə iqtisadi fəaliyyət artıb.

Hesabatda, ölkədəki şirkətlərin ümumilikdə 2018-ci ilə qədər optimist gözləntilər göstərdiyi vurğulanıb və qısa müddət əvvəl qanuniləşən son vergi qanunu toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır