“FED faizləri 4 dəfə artıra bilər”

“Goldman Sachs” iqtisadçıları 2018-ci ildə ABŞ iqtisadiyyatında xərclərin və inflyasiyanın artacağını və bu halda Federal Ehtiyyatlar Sisteminin (FED) faizləri 4 dəfə artıra biləcəyini qeyd edib.

Həmçinin iqtisadçılar 2018-ci il üçün iqtisadi artımın 2.5%, işsizliyin isə 3.7% səviyyəsində olacağını bildirib.

Qeyd edək ki, 2019-cu ildə isə işsizliyin 3.5% olacağını proqnozlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır