ABŞ Mərkəzi Bankının (Fed) 2018-ci il üçün iclas proqramı açıqlanıb. Məlumata görə, gələn il ərzində 8 iclas keçiriləcək.2018-ci ildə ilk iclasının 30-31 yanvarda keçirilməsi planlaşdırılır. Digər iclas tarixləri 20-21 Mart, 1-2 May, 12-13 İyun, 30 İyul -1 Avqust, 25-26 Sentyabr, 7-8 Noyabr və 18-19 Dekabr müəyyən edilib.
Qeyd edək ki, 2019-cu ilin də ilk iclasının vaxtı müəyyənləşdirilib. 2019-cu ildə ilk iclas 29-30 yanvarda keçiriləcək.