FED uçot dərəcəsini 2 dəfə artıracaq

ABŞ Federal Ehtiyat Sistemi (FED) bu il uçot dərəcəsini 2 dəfə artıracaq və inflyasiya gözləntilərində azalma müşahidə edilməsinə baxmayaraq, ilin sonuna qədər balansını kiçiltməyə başlayacaq.

5 – 8 İyun tarixləri arasında  “Bloomberg” agentliyinin apardığı sorğuya görə 49 iqtisadçı , Fed-in Çərşənbə günü olan toplantısında və sentyabr ayında faiz artırımına getməsini daha  sonra isə balans hesabatını kiçiltməyə başlamasını gözləyir. İqtisadçılar bildirib ki, FED iyunun 14-dəki iclasında və sentyabr iclasında faizləri artıracaq.

Qeyd edək ki, iqtisadçıların bundan əvvəlki təhlilləri FED-in faizləri iyun və dekabrda artıracağını göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır