“FED uçot dərəcəsini artırmayacaq”

ABŞ-ın PIMCO (Pacific Investment Management Company) investisiya şirkəti hesab edir ki, bu ilin sonunadək Federal Ehtiyat Sistem (Federal Reserve System, FED) uçot dərəcəsini artırmayacaq.

Bunu açıqlamasında PIMCO-nun iqtisadçısı Yoahim Fels bildirib: “İnflyasiya ilin əvvəlində hədəflənən səviyyədən aşağı olub. Bunu görən FED-in bu ilin sonuna bir daha uçot dərəcəsini artırmayacağını düşünürük.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır