FED-in yeni prezidenti kim olacaq?

FED-in ilk qadın prezidenti Janet Yellen gələn ilin fevral ayında 4 illik vəzifəsi ilə vidalaşacaq. Fikirlərə görə, onun vəzifədən getmək ehtimalı yenidən bu vəzifəyə seçilmək ehtimalından daha çoxdur.

Bu məqamda hamını yeni prezidentin kim olacağı maraqlandırır. Xatırladaq ki, Janet Yellen bu vəzifəyə keçmiş ABŞ prezidenti Barak Obama tərəfindən təyin olunub. Yeni prezident Donald Trump isə J.Yelleni yenidən namizəd göstərməyəcəyini açıqlayıb.

Hər kəsi maraqlandıran digər məsələ isə FED-in yeni prezidentinin vəzifəyə gəlməsinin bazara necə təsir edəcəyidir. İqtisadçıların fikrinə görə, əgər yeni prezident Janet Yellenin siyasətini davam etdirsə, bazarda ciddi təsir hiss olunmayacaq. Yeni prezidentin fərqli siyasətə əl atması nəticəsində isə bazarda hiss olunacaq dəyişikliklər  ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır