FES banklardan əlavə 2 milyard dollar istəyib

ABŞ-ın Mərkəzi bankı FES gələcəkdə yaşana biləcək mümkün risklərin qarşısını ala bilmək üçün banklardan sığorta üçün əlavə olaraq 2 milyard dollar istəyib.

FES maliyyə sisteminin daha güclü qoruna bilməsi üçün yeni qayda tətbiq edib. Yeni qaydaya əsasən, Wall Street hər hansı bankın iflasa sürüklənməsi halının qarşısını almaq məqsədilə səhmə çevrilə biləcək daha çox istiqrazı əlində saxlamalıdır.

FES-in təxminlərinə görə, ABŞ-ın ən böyük 8 bankından 4-ü yeni qaydaya cavab verə bilmək üçün 50 milyard dollar həcmində yeni istiqrazlar ixrac etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır