FES bankların sərmayə planını qəbul edib

ABŞ Mərkəzi Bankı olan Federal Ehtiyatlar Sistemi (FES), ölkənin ən böyük banklarının kapital planlarını təsdiqləyərək, əlavə sermayə ilə hissələrin geri alınması və dividend bölüşdürülməsi etmələrinə “yaşıl işıq” yandırıb.

FES, maliyyə qurumlarının sağlamlığını ölçmək məqsədi ilə 2010-cu ildən bu yana hər il etdiyi Əhatəli Sərmayə Analizləri və qiymətləndirməsinin (CCAR) ikinci mərhələsi ilə bağlı nəticələri açıqlayıb. Qiymətləndirməyə tabe tutulan Amerikannın 34 bankının hər birinin sərmayə planları qəbul edilib. JP Morgan Chase, Bank of America, Citigroup, Goldman Sachs, HSBC və Morgan Stanley kimi maliyyə nəhənglərinin aralarında olduğu bu təşkilatlar, FES-in sərmayə planlarına etiraz etməməsi sayəsində əlavə sərmayələrini hissələrin geri alınması və dividend bölüşdürülməsi hesabına istifadə etmə imkanı qazanıb.

Qeyd edək ki, FES-in “yaşıl işıq” olaraq qiymətləndirilən şərhinin ardından Amerikan banklarının səhmləri dəyər qazanıb.  JP Morgan Chase və Bank of America  hissələrindəki 4% artımla liderlik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır