ABŞ Mərkəzi Bankının (FES) İdarə Heyətinin üzvü Jerome Powell bankın məşğulluq və inflyasiya hədəflərinə çatdığını vurğulayaraq: “Məncə noyabr ayının əvvəlində baş tutan iclasımızdan bu yana faiz artımı ehtimalı olduqca güclənib”-deyib.
Powell dekabr ayında Federak Açıq Bazar Komitəsinin (FOMC) iclasında faizlərin artırıla biləcəyi siqnalını verib.
ABŞ iqtisadiyyatının digər ölkə iqtisadiyyatlarına nisbətən daha yaxşı performans göstərdiyini vurğulayan Powell inflyasiyanın son aylarda 2%-ə doğru irəlilədiyinə işarə edib və FES-in 2%-lik hədəfindən yuxarı və ya aşağı tərəddüdlərini ələ ala biləcəyini vurğulayıb.