FES-in New York üzrə rəhbəri William Dudley bu həftə verdiyi açıqlamada daraldıcı pul siyasəti üçün çox güclü zəmin olduğunu bildirmişdi.
Bu açıqlamadan əvvəl isə San Francisco əyaləti üzrə FES rəhbəri John Williams 14-15 mart tarixində Federal Açıq Bazar Komitəsinin (FOMC) keçirəcəyi iclasda faiz artımının ciddi dəyərləndiriləcəyini bildirib.
İnvestorların diqqəti FES-in rəhbəri Janet Yellenin cümə günü Çikaqoda baş tutacaq çıxışına yönəlib.
FOMC 14-15 mart tarixlərindəki iclasından sonra qərarını açıqlayacaq.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayındakı iclasdan sonra 2017-ci ildə ümumilikdə 3 dəfə faiz artımına gediləcəyi vurğulanmışdı.