FES faiz qərarını açıqlayıb

Federeal Ehtiyatlar Sisteminin (FES) Federel Açıq Bazar Komitəsinin növbəti iclası keçirilib. İclasda faiz dərəcəsinin sabit olaraq, 0,5-0,75 aralığında saxlanılmasına qərar verilib.

Əmək bazarı ilə bağlı fikir bildirən Komitə iştirakçıları məşğulluqdakı artışın “sağlam” göründüyünü və işsizliyin aşağı səviyyədə olduğunu bildirib.

İnflyasiyada baş verən artıma bamayaraq,  bu göstərici hələ də 2%-lik həddi ötməyib. 2%-lik inflyasiyaya orta müddətli dövrdə çatmağı planlaşdıran FES, bu hədəf əldə edilənə qədər sərt pul siyasti addımı (məsələn, faiz artımı) atmayacağını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır