ABŞ Mərkəzi Bankı FES-in Çikaqo şöbəsinin rəhbəri Çarles Evans bankın faiz artımı qərarı üçün inflyasiyadakı irəliləməni əsas götürməsinin vacib olduğunu bildirib. Bu haqda CNN Türk məlumat verir.
Evans açıqlamasında FES-in inflyasiya hədəfinə çatması üçün faiz dərəcələrini aşağı saxlamaq məcburiyyətində olduğunu qeyd edib.
Qeyd edək ki, digər FES rəsmisi James Bullard isə bu il faiz dərəcələrinin 1% artımının labüd olduğunu bildirmişdi.