FES faizləri artırıb

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES)  faiz dərəcələri ilə əlaqədar qərar qəbul etmək səlahiyyəti olan komitəsi faiz dərəcəsilərini artırıb.

Qərara əsasən, uçot dərəcəsi illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər yüksəldilib.

FES sədri Janet Yellen komitənin iclasından sonra çıxış edərək bu il faiz artımının 3 dəfə baş verəcəyini açıqlayıb.

Bloomberg agentliyi isə, bazar göstəricilərinin bundan sonra yalnız bir dəfə faiz artımına imkan verdiyini vurğulayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır