ABŞ Məşğulluq Nazirliyinin məlumatına əsasən, həftəlik işsizlik müavinəti üzrə müraciətlər ötən həftənin sonuna olan göstəricilərdə 7 min yüksələrək 265 minə çatıb və 256 min olan gözləntiləri üstələyib.
Qeyd edək ki, işsizlik müraciəti göstəriciləri 87 həftədir ki, 300 mindən aşağıdır və bu davamlılıq 1970-ci ildən bu yana qeydə alınan ən uzun müddətli sabitliyi və sağlam məşğulluq bazarını göstərir.