FES-in regional rəhbərləri Patrick Harker və James Bullard ABŞ Mərkəzi Bankının faizlərlə bağlı gedəcəyi yol haqqında açıqlamalar verib.
Patrick Harker ABŞ iqtisadiyyatının 2017-ci ilə güclü başladığını bildirərək, bunun davam edəcəyi təqdirdə 3 dəfə faiz artımı olacağını bildirib.
James Bullard isə faiz dərəcələrinin uzun bir müddət aşağı səviyyədə qalmasının vacib olduğunu bildirib. 2017-ci ildə FES-in səbrli hərəkət edərək yalnız bir dəfə faiz artımına gedəcəyini düşündüyünü qeyd edib.