FES uçot dərəcəsini 2-2,25% səviyyəsinə yüksəldib

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Açıq Bazar Əməliyyatları Komitəsinin iki gün davam edən iclası başa çatıb.

İclasının yekunları üzrə yayılan məlumata əsasən, uçot dərəcəsi illik 1,75-2 %-dən 2-2,25% səviyyəsinə yüksəldilib. Bundan əlavə, FES bu il 1 dəfə, 2019-cu ildə 3 dəfə və 2020-ci ildə 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır