FES/Dudley: “Faiz növbəti aylarda mərhələli şəkildə artırılacaq”

New York FES rəhbəri William Dudley faizlərin gələcək aylarda mərhələli şəkildə artacağını gözlədiyini bildirib.

Dudley iqtisadiyyatın gözləntilərə uyğun inkişafı halında Mərkəzi Bankın növbəti aylar ərzində genişləndirici pul siyasətini aradan qaldıracağını və faizləri də mərhələli şəkildə artıracağını gözlədiyini qeyd edib.

O, iqtisadiyyatın trendin üzərində böyüyəcəyini və FES-in 2%-lik inflyasiya hədəfinə çatacağını da əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır