“Finex Kredit BOKT”un istiqrazlarının buraxılışı qeydiyyata alınıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 100 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2009019244 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. İstiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

“Finex Kredit BOKT” ASC-nin həmçinin hər birinin nominal dəyəri 1000 manat olan 200 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı qeydiyyata alınıb. Qeydiyyat nömrəsi AZ2010019241 olan istiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəci isə 22% təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır