“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib. Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.
Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Banka verilən dəstək “5” səviyyəsində təsdiqlənib.
Qeyd edək ki, reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.
Mənbə: Apa.az