“Fitch” Azərbaycanın reytinqini təsdiqləyib

”Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın əsas zəmanətsiz xarici və daxili öhdəlikləri üzrə reytinqini ‘BB+’ səviyyəsində saxlayıb.

Agnetlik Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli reytinqini neqativ proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

Ölkənin maksimal reytinqi də ‘BB+’ səviyyəsində təsdiqlənib. Qısamüddətli xarici və yerli emitent defoltunun reytinqi ‘B’ səviyyəsində təsdiq edilib, ölkənin milli valyutada zəmanətsiz qısamüddətli səhmlərinin reytinqi isə ‘B’ səviyyəsində saxlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır