“Fitch” Azərenerji”nin kredit reytinqini təsdiqləyib

“Fitch” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin kredit reytinqini təsdiqləyib. Belə ki, “Azərenerji” ASC-nin kredit reytinqi “BB+”, proqnozu isə “neqativ” olaraq müəyyən edilib.

Bildirilib ki,  “Azərenerji”nin kredit reytinqi onun əsas səhmdarı olan Azərbaycan dövlətinin reytinqinə uyğunlaşdırılıb. Buna səbəb kimi şirkətlə dövlət arasında güclü hüquqi, əməliyyat və strateji əlaqələrin olması amili göstərilib.

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin kredit reytinqini 2016-cı il mart ayının 1-də “BBB-” səviyyəsindən “BB+”a endirib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır