Beynəlxalq kredit reytinq qurumu olan “Fitch Ratings” ABŞ-ın prezident seçimlərini Trampın qazanmasından sonra ediləcək maliyyə düzəlişlərinin bankların xeyrinə olmayacağını bildirib.
“Potensial olaraq, investisiyanın və likvidlik üzrə normanın azaldılmasının təsirləri neqativ ola bilər. Lakin bu vəziyyət bankların reaksiyasından da asılıdır. Likvidliyin azalması neqativ reytinqlərə səbəb ola bilər”-deyə, qurumun açıqlamasında bildirilib.