“Fitch” “Deutsche” Bankın reytinqini aşağı salıb

Beynəlxalq reytinq agentliyi “Fitch” Almaniya”Deutsche” Bankının uzunmüddətli kredit reytinqini bir səviyyə aşağı endirib.

Belə ki, agentlik bankın kredit notunu “A”dan “BBB+” səviyyəsinə salıb və not üzrə proqnozun isə “sabit” olaraq qaldığını bildirib.

Həmçinin, “Fitch” bankın mənfəət hədəflərinə çatması üçün bir müddət vaxt lazım olduğunu bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır