“Fitch” beynəlxalq reytinq agentliyi dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb. Agentliyin proqnozlarına görə, qlobal iqtisadiyyat 2017-ci ildə 2,9%, 2018-ci ildə isə 3,1% artacaq. Proqnozlara görə, bu artım tempi son 8 ilin ən sürətlisi olacaq.
“Fitch”in baş iqtisadçısı Brayan Kulton (Brian Coulton) bildirib ki, bu il gözlənilən iqtisadi artım həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr tərəfindən dəstəklənir: “Çinin əmlak bazarında müsbət dəyişikliklər və xammal qiymətlərinin bərpa olunması inkişaf etməkdə olan ölkələrdə tələbin yüksəlməsinə gətirib çıxarıb”.
Proqnozlara görə, 2017-ci ildə avrozona iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Belə ki, 2017-ci il üçün ÜDM artımı 2%-ə yüksəldilib.