“Fitch” reytinq agentliyi Fransanın yerli və xarici pul valyutalarında kredit notlarının “AA” səviyyəsində qorunduğunı, görünüşdə “sabit” olaraq qaldığını təsdiq edib.
Belə ki, Fransanın kredit notunun ölkə iqtisadiyyatının rifahını və müxtəlifliyini əks etdirdiyi ifadə edilib və ölkənin ictimai təşkilatlarının güclü olduğu qeyd edilib.
Həmçinin, Fransanın maliyyə ölçülərinin, kredit qeydi üçün zəiflik meydana gətirdiyinə diqqət çəkilib və dövlət borcunun ölkə daxili hasilata nisbətinin 2019-cu ildə 97%-dən çox olacağı bildirilib.
Qeyd edək ki, agentlik Fransa iqtisadiyyatının bu il və gələcək il 1.6% , 2019-cu ildə isə 1.4% böyüməsini nəzərdə tutur.