Fitch reytinq agentliyi Qətər üçün ötən ilin iyun ayında başlamış maliyyə embarqosuna baxmayaraq, büdcə kəsirinin azalmağa davam etdiyini açıqlayıb. Bildirilib ki, regional ölkələrlə davam edən mübahisələr dövlət maliyyələşməsinə risk kimi qiymətləndirilir.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövcud regional siyasi risklərin dövlət maliyyələşməsinə təsiri ölkənin “AA-” və “mənfi” kredit reytinqində öz əksini tapır.
Qatar İnvestisiya İdarəsinin (QİA) verdiyi məlumata görə, ölkənin büdcə kəsiri 2017-ci ildə 2.5% səviyyəsinədək azalıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BAE), Bahreyn və Misir ötən ilin iyun ayında Qətərə qarşı bir sıra embarqo tətbiq etməyi qərara alıb.