Beynəlxalq reytinq agentliyi “Fitch” Qətərin kredit reytinqini AA səviyyəsindən -AA səviyyəsinə endirib.
Belə ki, agentlik tərəfindən ölkənin geosiyasi risklərlə qarşı-qarşıya olduğu bildirilib. Böhrandan ən çox təsirlənəcək sektorun isə nəqliyyat və turizm olacağı vurğulanıb.
Həmçinin, agentlik böhranın yaxın zamanda həll edilə biləcək kimi görünmədiyini bildirib. Qətərin bəzi qonşu ölkələrlə olan diplomatik və məntiqi izolyasiyasının bir müddət daha davam edəcəyini qeyd edib.
Qeyd edək ki, “Fitch” 2016-cı ildə reytinqi 2.2% yüksələn ölkənin 2017-ci ildə 2%, 2018-2019 üçün isə 1.3% yüksələcəyini proqnozlaşdırıb.