“Fitch” qlobal kredit reytinqinin sabit qalacağını açıqlayıb

“Fitch” beynəlxalq reytinq agentliyi 25 avqust tarixli “Makro Ehtiyati Risk müşahidəsi” hesabatında, qlobal kredit reytinqinin yüksəlməsinin 2017-ci ildə böyük bir ehtimalla sabitlik qazanacağını açıqlayıb.

Qlobal kredit reytinqinin yüksəlməsinin 2016-cı ildə yavaşlamasından sonra 2017-ci ildə sabitlik kazancağını ifadə edən agentlik, kredit reytinqinin yüksəlməsinin 2008-ci ildəki qlobal maliyyə böhranından bu yana rekord aşağı səviyyədə olduğunu vurğulayıb.

Qeyd edək ki, “Fitch” hesabatında, ən son makro ehtiyat risk göstəricilərinin (MPI xalları) bazarların çoxunda sistemik stressə məruz qalmanın azaldığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır