“Fitch” reytinq agentliyi “İslam İnkişaf Bankı”nın reytinqini təsdiq edib

“Fitch” beynəlxalq reytinq agentliyi “İslam İnkişaf Bankı”nın (İKB) AAA səviyyəsində olan uzun müddətli kredit reytinqini təsdiq edib, Reytinqlər üzrə proqnozu isə sabit saxlayıb.

Agentlikdə verilən açıqlamada bildirilib ki, bank İslam dünyasında çox millətli inkişaf bankları içində ən yüksək kredit reytinqinə sahibdir. Həmçininin şərhdə  “AAA”  kredit reytinqinin , “İslam İnkişaf Bankı”nın  inkişaf vəzifəsini yerinə yetirməsi üçün xarici qaynaqları hərəkətə keçirmə qabiliyyətini artırmasına və İslam ölkələrinin maliyyə sektorunun inkişafında aparıcı rol oynamasına təsir edəcəyi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır