Beynəlxalq reytinq agentliyi Fitch ABŞ-ın kredit reytinqini “AAA” səviyyəsində təsdiqləyib. Fitch ölkənin kredit reytinqinə adambaşına düşən yüksək gəlirin, iqtisadiyyatın həcminin və dinamik biznes şərtləri daxil olmaqla strukturun müsbət təsir etdiyini bildirib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qısamüddətli iqtisadi reytinqin yüksəlməsini vurğulayan təşkilat maliyyə dəstəyi, əmək haqqı və investisiya artımının dəstəyi ilə böyümənin 2018-ci ildə 2.7%, 2019-cu ildə isə 2.5 % artacağını deyib.
Qeyd edək ki, Fitch 2018-ci ildə Fed-in faiz dərəcələrinin 75 baza bəndi ilə artacağını vurğulayıb.