“Fitch” və “Standart & Poors” “Paşa Bank”ın reytinqini qiymətləndirib

“Paşa Bank”ın  2017-ci ilin 2-ci rübünün sonuna olan vəziyyətə əsasən  “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən verilən uzun-müddətli emitentin  defolt reytinqi “B+”, “Standart & Poors”  tərəfindən verilən reytinq isə “BB-” səviyyəsində qiymətləndirib.

Bu barədə “Bankın Yarım İllik Fəaliyyət Nəticələri” mövzusuna həsr olunmuş mətbuat konfransında bildirilib.

Qeyd edək ki, “BB-” səviyyəsi Azərbaycanın 100% yerli kapitala malik olan kommersiya bankına təyin edilmiş ən yüksək reytinqlərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır