“Fitch Ratings” qlobal faiz dərəcələrində nəzərə çarpacaq dərəcədə dəyişikliklərin olacağını vurğulayıb.
Verilən açıqlamada, ABŞ-ın Mərkəzi Bankı FES-in inflyasiya və məşğulluq hədəflərinə çatdıqdan sonra iş dünyasında monetar daralma riskinə diqqət yetirdiyi bildirilib,eyni zamanda, faiz dərəcələrindəki normallaşmanın 2020-ci ilə qədər təmin ediləcəyi gözlənilir.
Bildirilib ki, ABŞ-da faiz nisbətlərindəki azalmanın ötən 10 il ərzində makroiqtisadi bir tendensiya halını aldığı və bu azalmanın iqtisadi böyümə və inflyasiya ilə məntiqli bir şəkildə əlaqəsi olmayacaq dərəcədə çox olduğu qeyd edilib.
“Fitch Ratings”in Baş iqtisadçısı Brian Coultonun sözlərinə görə, əgər ABŞ-da faiz dərəcələrinin dövriyyəsi doğrudursa, bu dövriyyənin haradasa sonu yaxınlaşıb. ABŞ-dakı faiz dərəcələri önümüzdəki bir neçə il ərzində nisbətən sərt bir şəkildə vəziyyətə uyğunlaşmalıdır. Faiz dərəcələrindəki normallaşma 2020-ci il etibarilə təmin olunması gözlənilir. FES-in maliyyələşdirmə dərəcəsi 3,5-4 faiz səviyyəsinə çatacaq.