Fiziki şəxslərin veksel üzrə ödənilən illik faiz gəlirlərindən vergi tutulurmu?

Fiziki şəxslərin veksel üzrə ödənilən illik faiz gəlirlərindən vergi tutulurmu?

Bu sualla bağlı Vergilər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.

Mülki Məcəllənin 997-ci maddəsi ilə yalnzı istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir. Veksellər isə ödəniş qiymətli kağızlara aid edildiyindən güzəşt onları əhatə etmir, ümumi qaydada vergiyə cəlb edilir.

Qeyd edək ki, ətraflı məlumatı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi, Mülki Məcəllənin 997-ci maddəsindən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır