Fiziki və hüquqi şəxslərə 650 mindən çox elektron xidmət göstərilib

10 fevral 2018-ci il tarixində nüfuzlu “Business Time” biznes jurnalının təsis etdiyi ənənəvi “Azeri Business Award” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.

Azeri Business Award İqtisadiyyat və Biznes Sahəsində Milli Mükafatın Təşkilat Komitəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq daşınmaz əmlak idarəçiliyi sahəsində “Elektron xidmətlərin genişləndirilməsində və inkişafında fəal iştiraka görə” nominasiyası üzrə Əmlak Məsələləri Dövlət Komitəsi Azeri Business Award 2017 Milli Mükafatına layiq görülüb.

 

Qeyd edək ki, hazırda daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində 3 SMS və 37 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Tətbiq edilən elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir. Ümumilikdə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 650 mindən çox elektron xidmət göstərilib. 2017-ci il üzrə isə bu göstərici 180 mindən çoxdur. Xatırladaq ki, son 1 il ərzində bu sahədə 5 yeni elektron xidmət – “Elektron hərrac”, “Elektron çıxarış”, “Əmlak kalkulyatoru”, “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidmətləri vətəndaşların istifadəsinə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır