Əmanətlərin Sığortalanması Fondu tərəfindən 28 aprel 2017-ci il tarixində “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 206 min manat , “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 milyon 211 min manat , “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 minmanatdan artıq kompensasiya ödənilib.
28 aprel 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 288 min manat , “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan artıq məbləğ kompensasiya edilib.
28 aprel 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 436 milyon 817 min manatdan, “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 514 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min kompensasiya edilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 433 min manatdan artıq məbləğ kompensasiya edilib.
Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 11 bank üzrə 732 milyon 438 min manatdan artıq kompensasiya ödənilib.