Neft Fondu Mərkəzi Banka 7,5 mlrd. manat transfert edəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

  • Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi – 6 100 000,0 min manat
  • Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi  – 7 500 000,0 min manat
  • Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi – 90 000,0 min manat
  • Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi-70 000,0 min manat
  • Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 165 825,0 min manat
  • “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı”nın maliyyələşdirilməsi – 29 304,0 min manat
  • Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi – 496 155,0 min manat
  • Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər -32 572,0 min manat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır