“Ford” 1,6 milyard dollarlıq investisiya qoyuluşunu təxirə salıb

 

ABŞ-ın ən böyük avtomobil istehsalçıların biri olan “Ford”un Meksikadakı 1,6 milyard dollarlıq investisiya qoyuluşunu təxirə salacağı bildirilib. Bu barədə şirkətin CEO-su Mark Fields məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın Michigan əyalətində şirkətin 700 milyon dollarlıq investisiya həyata keçirəcəyi və bununda 700 nəfərlik iş yeri yaradacaq. Qeyd edək ki, “Focus” adlı avtomobil modeli Meksikada istehsal olunmağa davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır