“Ford” Rusiya bazarını tərk edir

Amerikan avtomobil istehsalçısı “Ford Motors Co”-nun Rusiya təmsilçisi “Ford Sollers” iki avtomobil zavodunu və bir mühərrik fabrikini bağlayacağını açıqlayıb. Bununla da, şirkət Rusiyanın minik avtomobili bazarındakı rəqabətini dayandırıb.

Rəhbərlik tərəfindən, qərarın restruktizasiya və qısa müddətli dövrdə mənfəətin artırılması məqsədilə verildiyi açıqlanıb. Restruktizasiya sonrası “Ford Sollers” kommersiya avtomobillərinin istehsalına fokuslanacaq.

Qeyd edək ki, “Ford Sollers” Rusiyanın avtomobil bazarında 2011-ci ildən fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır