Fransa və Almaniya vergi qanunvericiliyini uyğunlaşdıra bilərlər

Bu il hər 2 ölkə Avropa İttifaqına üzv dövlətlərin inteqrasiyasının gücləndirilməsi çərçivəsində korporativ verginin uyğunlaşdırılması planının üzərinə qayıda bilər. Fransanın və Almaniyanın maliyyə nazirlərinin bu bəyanatı yeni seçilən prezident Emmanuel Makronun iqtisadi siyasət kursunu əks etdirir.

Bu ideya əvvəlcə Almaniya maliyyə naziri və onun fransalı həmkarı tərəfindən ortaya atılıb. Onlar hələ 4 il bundan əvvəl vergi qanunvericiliyini bir-birinə uyğunlaşdırmaq və vergidən yayınmaya qarşı mübarizəni gücləndirmək niyyətində olduqlarını ifadə ediblər.

O vaxtdan bəri bu dövlətlərin hökumətləri həm fiziki şəxslər, həm də iri biznes üçün vergi standartlarının ümumi sistemi üzərində iş aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır