Fransanın üçüncü ən böyük bankı olan Societe Generale (SocGen) 1600 işçisini ixtisara salacağını açıqlayıb.
Bankın açıqlamasında səbəb olaraq, ötən il bankın göstəricilərində baş verən zəifləmə göstərilib. Belə ki, cari ixtisarlar mənfəətin artırılması məqsədi güdür.
750 nəfərin Fransadakı filiallardan, qalanının isə xarici ölkələrdəki filiallardan ixtisara salınacağı bildirilib.