Franşiza nədir?

Franşiza (Azadolma məbləği)- sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

Məsələn, sığortalanmış avtomobilin sığortası üzrə müqavilədə şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 8900 manat həcmində zərər dəyir. Bu halda sığortaçı sığorta olunana 8400 manat (8900 – 500 = 8400 manat) məbləğində ödəniş verir. Əgər müqavilədə azadolma məbləği şərtsiz deyil, şərtli nəzərdə tutulsa idi, bu zaman zərər həmin məbləğdən çox olduğu üçün bütövlükdə, yəni 8900 manat məbləğində ödəniləcəkdi. Bundan əlavə, əgər dəyən zərərin həcmi 500 manatdan az (məsələn, 489 manat) təşkil etsə idi, müqavilədə azadolma məbləğinin şərtli və ya şərtsiz nəzərdə tutulmasından asılı olmayaraq, heç bir sığorta ödənişi verilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır