“Fruit Logistica 2018” sərgisində iştirak üçün müraciət müddəti uzadılıb

“Fruit Logistica 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərin qəbulu tarixi uzadılıb.

Belə ki, qəbul tarix 8 noyabr 2017-ci il tarixində bitəcək. Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 15-dir. İştirakçılar müsabiqə əsasında seçiləcək.

Qeyd edək ki, “Fruit Logistica 2018” sərgisi 7 – 9 fevral 2018-ci ildə Almaniyanın Berlin şəhərində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır