Gələn ay 22 rayon və şəhərdə Əmək yarmarkaları keçiriləcək

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması üçün keçirilən Əmək yarmarkalarının cari ilin sentyabr ayında respublikamızın 22 rayon və şəhərində davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 18 rayon və şəhərdə Əmək yarmarkaları keçirilib. Bu tədbirlər zamanı 470 müəssisə üzrə 4900-a yaxın vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. 1165 nəfərə vakant iş yerlərinə göndərişlər verilib ki, onlardan böyük əskəriyyətinin həmin iş yerlərində məşğulluğu təmin olunub. Həmçinin yarmarkalarda 107 nəfər  peşə hazırlığı və əlavə təhsil kurslarına, 103 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır